featured-image-29655

“İnter”in bosniyalı hücumçusu Edin Ceko karyerasında 400-cü qolu vurub. Msport.az xəbər verir ki, forvardın milli komandada və klubda vurduğu qollar nəzərə alınıb.

37 yaşlı futbolçu “İnter”in heyətində Çempionlar Liqasının yarımfinalında “Milan”la matçda (2:0) fərqlənib. Bu Cekonun ümumilikdə 400-cü  qolu olub.

O, karyerasına vətənində “Jelezniçar” klubunda başlayıb, ordan isə Çexiya “Teplitse” komandasına keçib. Daha sonra “Volfsburq” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Roma”da çıxış edib. Ceko 2021-ci ilin yayından “İnter”informasını geyinir.

Təcrübəli forvard “Roma”da 260 oyunda 119 qol vurub. İkinci sırada “Volfsburq”dur – 142 oyuna 85 qol. Ceko millidə 127 görüşdə 64 dəfə fərqlənib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər