Eduard Məmmədov sevgilisinin ad günündə nələr etdi? - VİDEO
Kikboks üzrə 26 qat dünya çempionu Eduard Məmmədov stilist Şəhanə Mehrəliyeva ilə sevgilidir.
Msport.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük ötən gün Şəhanənin ad günündə iştirak ediblər. Videoları stilist və qonaqlar sosial media hesabında paylaşıb. Görüntülərdə Eduardın içkili olduğu diqqəti cəlb edib.
Ad günündə Əməkdar artistlər Vasif Məhərrəmli, Ədalət Şükürov, rəqqasə Rəna Ağamuradova (Renka) da çıxış ediblər. Ə.Şükürov isə Eduard və sevgilisindən danışaraq, onlara xoşbəxtlik diləyib.
Qeyd edək ki, E.Məmmədov bir dəfə ailəli olub və boşanıb, əkiz övladı var.
O, Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantıdır və nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsini icra edir.