Əfsanəvi futbolçu evində ölü tapıldı
“Fiorentina”nın sabiq müdafiəçisi Selesta Pinin cəsədi evində tapılıb.
Msport.az xəbər verir ki, 64 yaşlı əfsanəvi futbolçu ilə əlaqənin olmamasından narahat olan qohumu onun evinə baxış keçirib və cansız bədənini görüb.
Qadın dərhal polisə zəng edib. Nəzərdən keçirilən versiyalardan biri intihar olsa da, hüquq-mühafizə orqanları digər halları da istisna etmir.
Pin “Fiorentina”nın heyətində 9 mövsüm keçirib, 200 oyuna çıxıb. O, 1984-cü ildə İtaliyanın U-21 komandası ilə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
2022-ci ildə onun adı Florensiya təmsilçisinin şöhrət zalına daxil edilib.