Əfsanəvi futbolçu “Real”ı çalışdıra bilər
Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”dən ayrıla bilər.
Msport.az xəbər verir ki, italyan mütəxəssisin gedişindən sonra “kral klubu”nu Raul Qonsales çalışdıra bilər. 45 yaşlı məşqçi hazırda “Real”ın ikinci komandası olan “Kastilya”nı çalışdırır. Namizədlər arasında “Real”ın gənclər komandasının baş məşqçisi Alvaro Arbeloa da var.
Qeyd edək ki, Ançelottinin Braziliya millisinin sükanı arxasına keçəcəyi gözlənilir.
Royal Türksoy







