featured-image-49721

İtaliya millisinin sabiq futbolçusu Roberto Bacco xoşagəlməz olayla üzləşib.

Msport.az xəbər verir ki, əfsanəvi oyunçunun evi qarət olunub.

57 yaşlı mütəxəssis dünən axşam saatlarında İspaniya – İtaliya oyununu izlədiyi zaman 5 silahlı şəxs evinə hücum çəkib. Bacco hətta oğrulardan birini yaxalamağ çalışıb. Lakin oğru tapançanın qundağı ilə onun alnına vurub. Bacco və ailəsini bir otağa salan quldurlar evdən saatlar, zinət əşyaları və pul oğurlayıblar.

Hadisədən sonra Bacco polisə müraciət edib. Xəstəxanaya aparılan sabiq oyunçunun alnına bir neçə tikiş vurulub.

Qeyd edək ki, Roberto Bacco İtaliya yığması ilə dünya çempionatının gümüş və bürünc medalını qazanıb.

Bənzər xəbərlər