featured-image-41670

Braziliyada əfsanəvi futbolçu və məşqçi Mario Zaqallonun vəfatı ilə əlaqədar üçgünlük matəm elan edilib.

“Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Lula da Silva sosial şəbəkə hesabında yazıb.

Qeud edək ki, Zaqallo dörd dəfə dünya çempionu olub. O, 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş məşqçi, 1994-cü ildə köməkçi məşqçi kimi bu titula sahib çıxıb.

Keçmiş hücumçu yanvarın 5-də 93 yaşında dünyasını dəyişib.

Bənzər xəbərlər