featured-image-82564

Ekvador millisinin yeni baş məşqçisi məlum olub.

Msport.az xəbər verir ki, yığmanın “sükanı” Marselo Qalyardoya tapşırılıb.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. 50 yaşlı mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb. Argentinalı məşqçi bu postda yayda yığmadan ayrılan Sebastian Bekkaseseni əvəzləyib.

Qalayrdo bundan öncə Argentinada “River Pleyt”, Uruqvayda “Nasyonal”, Səudiyyə Ərəbistanıda “Əl İttihad”a rəhbərlik edib.

Bənzər xəbərlər