featured-image-31511

Romelu Lukaku da karyerasıenı Səudiyyə Ərəbistanında davam etdirə bilər. Msport.az “Goal.com”a istinadən xəbər verir ki, “ƏL Hilal” belçikalı futbolçuya rəsmi təklif göndərib.

Səudiyyə Ərəbistan təmsilçisi hücumçuya 2 illik ümumi 50 milyon avro maaşlıq müqavilə göndərib.

30 yaşlı forvard yaxın vaxtlarda “İnter”dən icarədən “Çelsi”yə qayıtmalı olacaq. London klubunun yeni baş məşqçisi Maurisio Poçettino Lukaku ilə işləməkdə maraqlı olsa da, o, “Əl Hilal” variantına ciddi yanaşır.

“Zadəganlar”ın təklif etdiyi müqavilə şərtləri onu o qədər də qane eləmir.

“Əl Hilal” hücumçunu transfer etmək üçün “Çelsi” ilə danışıq aparmalı olacaq. London təmsilçisi futbolçusuna 50 milyon avro qiymət qoyub.

Ər-Riyad klubunun bu məbləği ödəyəcəyi böyük sual doğurur.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər