“Əl-Hilal” Jezuşa əvəzləyici tapdı
Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası “Nottingem”in baş məşqçisi Nunu Eşpiritu Santunun xidmətində maraqlıdır.
Msport.az xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssisi Jorji Jezuşun əvəzləyicisi kimi baxır.
51 yaşlı çalışdırıcı 2023-cü ildən İngiltərə komandasına rəhbərlik edir. O, əvvəllər Səudiyyə Ərəbistanında “Əl-İttihad”da işləyib.
37 turdan sonra “Nottingem” Premyer Liqada 65 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Santu bu mövsüm üç dəfə liqada ayın ən yaxşı məşqçisi seçilib.
“Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatında 72 xalla ikincidir.