“Əl Hilal” “Latsio”nun ulduzuna dəvət göndərdi
“Əl Hilal” klubu Serqey Milinkoviç-Saviçlə bağlı “Latsio”ya rəsmi təklif göndərib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı təmsilçisi serbiyalı futbolçuya 3 illik müqavilə təklif edir. İndi hər şey yarımmüdafiəçinin öz qərarından asılı olacaq.
Qeyd edək ki, “Yuventus”un da 28 yaşlı oyunçu ilə danışıqlar aparması haqqında xəbərlər yayılmışdı.
Milinkoviç-Saviç ötən mövsüm “Latsio”nun heyətində bütün turnirlərdə 47 oyunda 11 qol vurub və 8 məhsuldar ötürmə verib.
Onun Roma klubu ilə müqaviləsi gələn yay başa çatır.
Xatırladaq ki, “Əl Hilal” Kalidu Kulibali, Ruben Neveş kimi futbolçuları transfer edib.
ANAR ABDULLAYEV







