“Əl-Hilal” Mitroviç üçün rəsmi təklif göndərdi
“Əl-Hilal” “Fulhem”in hücumçusu Aleksandar Mitroviçlə maraqlanır.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi serb futbolçunun transferi üçün 30 milyon avroluq rəsmi təklif göndərib.
28 yaşlı forvard 2017-ci ildən “Fulhem”də çıxış edir.
Qeyd edək ki, Mitroviç son mövsüm ərzində 28 oyunda iştirak edib, 15 qol və 3 assistlə fərqlənib.
Royal Türksoy







