"Əl-Hilal" Neymarla vidalaşdı - RƏSMİ
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçusu Neymarla yollarını ayırdığını açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
32 yaşlı braziliyalı oyunçunun karyerasını ölkəsində – “Santos”da davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ildə zədə səbəbindən “Əl-Hilal”da cəmi iki oyuna çıxıb və 42 dəqiqə meydanda olub. Bununla yanaşı, hücumçunun illik qazancı 101 milyon avro təşkil edib.