featured-image-24350

Səudiyyə Ərəbistanının “Əl İttihat” klubu Lionel Messiyə fantastik şərtlərlə müqavilə təklif edib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, 35 yaşlı futbolçuya komandada keçirdiyi hər mövsümə görə 90 milyon avro təklif olunub.

Bir müddət əvvəl argentinalı hücumçunun karyerasını Avropada davam etdirmək istəməsi barədə xəbər yayılmışdı. O, ABŞ və Səudiyyə Ərəbistanından olan dəvətləri dəyərləndirməyəcək.

PSJ-nin hücumçusu bu mövsüm 28 oyunda 17 qol vurub və 16 məhsuldar ötürmə verib. Messinin Paris klubu ilə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər