“Əl İttihad” Fabinyonun transferini tam razılaşdırdı
“Liverpul”un yarımmüdafiəçisi Fabinyo “Əl İttihad”a keçəcək.
Msport.az xəbər verir ki, artıq tərəflər arasında tam razılıq əldə olunub. Braziliyalı futbolçu tezliklə Səudiyyə Ərəbistanı təmsilçisində tibbi müayinədən keçəcək və 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, “Əl İttihad” daha öncə Kərim Benzema və Nqolo Kante kimi futbolçuları da heyətinə qatıb.
Royal Türksoy







