El Klasiko: "Barsa" bilet satışında rekord vurdu
İspaniya La Liqasının 26-cı turunda “Barselona” – “Real” oyununu (2:1) “Kamp Nou”da 95745 azarkeş izləyib. Msport.az xəbər verir ki, bu, Kataloniya klubunun cari mövsümdə rekordu olub.
Bundan əvvəlki rekord 13-cü turda Jerar Pikenin vida matçında qeydə alınmışdı. Həmin vaxt “Almeriya” ilə görüşə 92605 tamaşaçı gəlmişdi.
“Barsa” bilet satışından əldə olunan gəlir baxımından da rekord müəyyənləşdirib. “Real”la qarşılaşma Kataloniya klubuna 8.2 milyon avro (bunun 3,5 milyonu VİP lojadan əldə olunub) qazandırıb.
ANAR ABDULLAYEV







