featured-image-24263

“Barselona”nın yarımmüdafiəçi Serxi Buskets “Real”la İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda (1:0) meydanda olub.

Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu El Klasikoda 22-ci qələbəsini qazanıb.

Beləliklə, bu göstəriciyə görə, təcrübəli futbolçu Fransisko Xentonu geridə qoyaraq 1-ci yerə yüksəlib. Xentonun hesabında 21 qalibiyyət var idi.

3-cü yeri 19 qələbə ilə Lionel Messi və Jerar Pike (eks “Barselona”) bölüşürlər.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər