featured-image-24278

“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Real”ı səfərdə 1:0 hesabıyla məğlub edib.

Msport.az xəbər verir ki, bu matçda Kataloniya təmsilçisinin baş məşqçisi Xavi ilə “kral klubu”nun müdafiəçisi Daniel Karvahal arasında mübahisə yaranıb.

Gərginliyin yaranmasına səbəb Karvahalla “Barsa”nın futbolçusu Alexandro Baldenin toqquşması olub. İspaniyalı mütəxəssis həmin epizoddan sonra “Real”ın oyunçusuna “Sən pissən!” deyib. Tərəfləri digər oyunçular sakitləşdiriblər.

Xatırladaq ki, “Barselona” ilə “Real” arasındakı cavab qarşılaşması aprelin 5-də Kataloniyada baş tutacaq.

Bənzər xəbərlər