featured-image-66814

İspaniya La Liqasında 2025-26 mövsümün təqvimi açıqlanıb.

Msport.az xəbər verir ki, ilk tur avqustun 17-də start götürəcək.

Son çempion “Barselona” ilk qarşılaşmada “Malyorka”nın qonağı olacaq. Çempionluğa digər iddialı “Real” mövsümə Madriddə start verəcək. Xabi Alonsonun debütü “Osasuna” ilə oyuna təsadüf edəcək.

Mövsümün ilk “El-Klasiko”su 10-cu turda oktyabrın 26-da Madriddə keçiriləcək. Barselonadakı ikinci oyun isə 35-ci tur çərçivəsində mayın 10-da baş tutacaq.

Bənzər xəbərlər