featured-image-25648

“Real”ın prezidenti Florentino Peres bu gün keçiriləcək El Klasikoya getməyəcək.

Msport.az xəbər verir ki, “kral klubu” “Barselona”ya Peresin “Kamp Nou”ya gəlməyəcəyinə dair rəsmi məlumat verib.

Madrid təmsilçisinin rəhbəri stadionda ona qarşı düşmən münasibət ola biləcəyinə görə bu addımı atıb. “Real” “Neqreyra işi”ndə iştirak etdiyindən “Barsa” ilə münasibətlər daha da korlanıb.

Amma Kataloniya klubu bu qərardan təəccüblənib. Onlar Joan Laporta ilə Peresin bir sıra məsələləri müzakirə edəcəklərini gözləyirdilər.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər