featured-image-25632

“Barselona”nın baş mışqçisi Xavi bu gün keçiriləcək El Klasiko öncəsi şansları dəyərləndirib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, o, “Real”a 4-5 qol vurmağı arzuladığını deyib:

“Düşünürəm ki, şanslar bərabərdir. Biz evdə oynadığımızdan “Barsa”nın imkanları bəlkə də bir az çoxdur”.

43 yaşlı mütəxəssis “1:0 hesablı qələbəyə razı olardız” sualına belə cavab verib: “1:0-lıq qələbəyə nə olub ki? Əgər seçim imkanım olsaydı, 4:0 və ya 5:4 hesabını götürərdim. Qol vurmaq çətindir, rəqib yaxşı müdafiə olunur. Futbol oynamayanlar üçün bunu başa düşmək çətindir.

1:0 hesablı qələbə fantastik nəticədir. Problem nədir ki”?

Qeyd edək ki, Kataloniya klubu bu mövsüm La Laiqada 9 dəfə 1:0 hesabı ilə qalib gəlib. Bu klubun rekordudur.

“Barselona” – “Real” oyunu bu gücə saat 00:00-da başlayacaq.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər