featured-image-51990

Yeni mövsümə hazırlaşan “Real” və “Barselona” ABŞ-ın İst-Raterford şəhərində yoldaşlıq oyununda üz-üzə gəliblər. Msport.az xəbər verir ki, görüş “Metlayf” stadionunda keçirilib.

El Klasiko Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Barsa”nın heyətində Pau Viktor dubl edib. Madrid klubunun yeganə qolunu Arda Gülerin ötürməsindən sonra argentinalı Nikolas Pas vurub.

Qeyd edək ki, oyun 11-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Hakim 30 dəqiqədən sonra matçı bərpa edib.

Yoldaşlıq oyunu 

İst-Raterford (ABŞ)

“Barselona” – “Real” 2:1

Qollar: Pau Viktor, 42, 53 – Nikolas Pas, 81.

Bənzər xəbərlər