featured-image-25705

“Real Madrid”in futbolçusu Vinisius Junior xoşagəlməz hadisə ilə üzləşib.

Msport.az xəbər verir ki, braziliyalı hücumçu səfərdə “Barselona”ya 1:2 hesabı ilə uduzduqları İspaniya La Liqasının XXVI tur oyununda irqçi təhqirlərə məruz qalıb.

Kataloniya klubunun azarkeşləri matçın gedişində 23 yaşlı forvardın ünvanına “Vinisius, öl!” şüarları səsləndiriblər.

Qeyd edək ki, bu, son vaxtlar “sambaçı”nın başına gələn ilk belə hadisə deyil. Daha əvvəl “Atletiko” fanatları Madrid derbisi öncəsi Vinisiusun maketini körpüdən asmışdılar.

CAHİD

Bənzər xəbərlər