“El Klassiko”da irqçilik
İspaniyanın “Real” klubunun və Braziliya millisinin futbolçusu Vinisius Junior irqçiliklə üzləşib.
Msport.az xəbər verir ki, 23 yaşlı hücumçu “Barselona”ya 2:1 hesabı ilə qalib gəldikləri “El Klassiko”da təhqir olunub.
Braziliyalı oyunçu matçın sonlarında irqçiliyə məruz qalıb. azarkeşlər Vinisius Junioru “meymun” adlandırıblar. Hətta onlardan biri banana bənzəyən əşyanı futbolçuya tərəf atıb.
“Barselona” klubu məsələni araşdıracağını açıqlayıb.