featured-image-60620

“Barselona” və “Real” komandaları arasında oynanılacaq İspaniya La Liqasının XXXV turunun oyunu baş ölkədə keçirilə bilər.

Mport.az “Daily Mail”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “El Klassiko”nun İspaniyadan kənarda gerçəkləşməsini istəyir.

Klub “Kamp Nou” stadionunun həmin vaxta qədər hazır olmayacağını düşünür, ona görə də rəhbərlik alternativ yer axtarmağa məcburdur.

Beləliklə, mümkün variantlardan biri tutumuna görə (90 min tamaşaçıdan çox) Avropada “Kamp Nou”dan sonra ikinci olan İngiltərənin “Uembli” stadionudur. Rəhbərlik hesab edir ki, bu arena klubun azarkeşlərinin qəlbində xüsusi yer tutur, çünki kataloniyalılar orada 1992-ci ildə Çempionlar kubikunu, 2011-ci ildə isə Çempionlar Liqasını qazanıblar.

Qeyd edək ki, La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası kataloniyalıların bu qərarını dəstəkləyir. “Barselona” – “Real” matçı mayın 11-nə təyin olunub.

Bənzər xəbərlər