"Əl Nəsr" 5 qol vurdu - Ronaldo dubl etdi
Kriştiano Ronaldo “Əl Nəsr”in heyətində Səudiyyə Ərəbistanı çempionatında dubl edib. Msport.az xəbər verir ki, 22-ci turda “Əl Nəsr” səfərdə “Əl Adalh” klubunun qonağı olub. Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
40-cı dəqiqədə Ronaldo penalti zərbəsi ilə hesabı açıb. 58-ci dəqiqədə Anderson Taliska qonaqların üstünlüyünü artırıb. Bundan 11 dəqiqə sonra portuqaliyalı ulduz dubl edib. 78-ci dəqiqədə isə Taliska 2-ci qolunu vurub. Oyunun sonunda Ayman Yahya da fərqlənib.
“Əl Nəsr” xallarının sayını 52-yə çatdıraraq, 2-ci yeri tutur. Ronaldonun komandası lider “Əl İttihad”dan 1 xal geri qalır.
ANAR







