featured-image-23813

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu Kriştiano Ronaldodan sonra daha bir ulduz futbolçunu transfer etmək istəyir.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, ərəblər PSJ-nin müdafiəçisi Serxio Ramosa maraq göstərirlər.

“Əl Nəsr”in rəhbərliyi ispaniyalı futbolçunun yaxınları ilə görüşərək istəklərini dilə gətiriblər.

İspaniya millisinin və “Real”ın sabiq kapitanı özünü Parisdə əla hiss edir. Lakin o, bilmir ki, klub müqaviləni uzadacaq, ya yox. 36 yaşlı müdafiəçinin müqaviləsinin müddəti iyunda başa çatır.

“Əl Nəsr” “Real”ın yarımmüdafiəçisi Luka Modriçlə anlaşmaq istəsə də, xorvatyiyalı futbolçu təklifdən imtina etmişdi.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər