featured-image-28948

“Mançester Yunayted”ə məxsus olan, icarə əsasında “Sevilya”da çıxış edən Aleks Telles yayda klubunu dəyişəcək.

Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Əl-Nəsr”in maraq dairəsinə düşüb. Səudiyyə Ərəbistanı təmsilçisi Tellesi yay transfer pəncərəsində heyətinə qataraq müdafiəni gücləndirmək niyyətindədir. Braziliyalının özü də “Əl-Nəsr”ə keçərək Kriştiano Ronaldoyla birgə çıxış etmək istəyir.

Qeyd edək ki, Telles cari mövsüm ərzində “Sevilya” formasıyla 32 oyunda iştirak edib və 3 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər