“Əl-Nəsr”dən Fransa klubuna
Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Əl-Nəsr”dən Seko Fofananı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Renn” Fil Dişi Sahili millisinin üzvü üçün Səudiyyə Ərəbistanı klubuna 20 milyon avro təzminat ödəyib. 29 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Seko Fofana icarə əsasında “Əl-Ettifaq”da çıxış edirdi. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində 15 rəsmi matçda meydana çıxıb.