featured-image-19746

“Əl Nəsr”in baş məşqçisi Rudi Qarsiya etiraf edib ki, komandasında Kriştiano Ronaldo ilə yanaşı Lionel Messini də görmək istəyib.

Msport.az xəbər verir ki, fransalı mütəxəssis portuqaliyalı futbolçunun transferi ilə bağlı sualı cavablandırarkən Messinin adını çəkib:

“Ronaldo? Mən əvvəlcə Messi ilə müqavilə bağlamaq istəyirdim. Mən şəxsən Leonu Dohadan gətirməyə çalışdım”.

“Əl Nəsr”lə 2,5 illik müqavilə imzalayan Ronaldo mövsümdə təxminən 200 milyon avro alacaq.

Bənzər xəbərlər