featured-image-50333

İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı artıq “Əl-Nəsr”lə razılıq əldə edib.

Səudiyyə nəhəngi yaxın vaxtlarda “Mançester Siti” ilə transferin şərtləri ilə bağlı rəsmi danışıqlara başlayacaq.

Daha əvvəl mətbuatda çıxan məlumatlara görə , “Əl-Nəsr” 30 yaşlı “Siti”nin qapıçısına illik 30 milyon avro maaş təklif edib. Edersonun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. “Transfermarkt” portalı braziliyalı qolkiperin qiymətini 35 milyon avro olaraq qiymətləndirib.

 

Bənzər xəbərlər