“Əl Nəsr” ona görə 50 milyon avro ödəyəcək
Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubu Joau Feliksin transferini bitirmək üzrədir. Msport.az xəbər verir ki, ərəblər portuqaliyalı futbolçuya görə, “Çelsi”yə 50,1 milyon avro ödəyəcək.
25 yaşlı hücumçu “Benfika”ya qayıtmaq istəsə də, “Əl Nəsr”in təklifi daha cəlbedici olub.
Feliks 2024-cü ilin yayında “Atletiko”dan “Çelsi”yə keçib. O, ötən mövsümün ikinci hissəsini icarə əsasında “Milan”da keçirib.
Onun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.