“Əl-Nəsr” Qarsiyayla bağlı son qərarını verdi - RƏSMİ
Rudi Qarsiyanın “Əl-Nəsr”dən istefaya göndərilməsi rəsmiləşib.
Msport.az xəbər verir ki, fransalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Səudiyyə Ərəbistanı təmsilçisini müvəqqəti olaraq gənclərdən ibarət komandanın baş məşqçisi Dinko Yeliçiç çalışdıracaq.
Qeyd edək ki, Qarsiyanın istefaya göndərilməsinə klubun ulduz futbolçusu Kriştiano Ronaldo ilə arasındakı fikir ayrılıqlarının səbəb olduğu deyilir.
Royal Türksoy







