featured-image-19840

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni transferi Kristiano Ronaldonu təqdim edib.

Msport.az xəbər verir ki, təqdimatda 37 yaşlı hücumçu, həmçinin komandanın baş məşqçisi Rudi Qarsiya çıxış edib.

Ronaldo bir çox klubdan təklif aldığını, ancaq yekunda “Əl-Nəsr”i seçdiyini deyib. O, düzgün qərar verdiyindən əmin olduğunu bildirib:

“Avropa klublarından təkliflər almışam. Bir çox klub – ABŞ, Avstraliya, Braziliya, Portuqaliya klubları mənimlə müqavilə imzalamaq istəyirdilər. Amma mən “Əl-Nəsr”i seçdim. Mən bu gözəl ölkədə təkcə futbolun deyil, həm də həyatın digər sahələrinin inkişafında iştirak etmək istəyirəm. Mən nə istədiyimi, həmçinin nə istəmədiyimi bilirəm. Çoxu bilmir, amma bu klubun qadın komandası da var və onların da inkişaf etməsi üçün çalışacağam. Bu, bir şansdır və burada məqsədim xeyirli işlər görməkdir. Bu, mənim üçün yeni çağırışdır. İnsanların mənim haqqımda nə dediyi məni maraqlandırmır. Qərarımdan məmnunam”.

Xatırladaq ki, portuqaliyalı futbolçu “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər