featured-image-27223

Anderson Taliska “Əl Nəsr” klubu ilə müqaviləsinin müddətini uzadıb. Msport.az xəbər verir ki, braziliyalı futbolçu 2026-cı ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

29 yaşlı hücumçu 2021-ci ildən Səudiyyə Ərəbistanı komandasında çıxış edir. O, “Əl Nəsr”ə Çinin “Quançjou” klubundan gəlmişdi.

Qeyd edək ki, portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo da “Əl Nəsr”in şərəfini qoruyur.

ANAR

Bənzər xəbərlər