featured-image-23357

PSJ-nin prezidenti Nasser Əl-Xəlayfi komandasının Çempionlar Liqasında “Bayern Münhen”ə qarşı oyunundan (0:1) narazı qalıb.

Msport.az “L`Equipe” istinadən xəbər verir ki, Əl-Xəlayfi “Park de Prens”də matçı Qətər əmiri Tamim ibn Hamad Əl Tani və bu ölkədən gəlmiş böyük nümayəndə heyəti ilə izləyib.

PSJ-nin rəhbəri komandasının 1\8 final mərhələsinin ilk görüşündəki oyununu bəyənməyib. Əl Xəlayfi Paris klubunun müdafiədən oynamasına və rəqib qarşısında aciz qalmasına əsəbləşib. Qətərli iş adamı narazılığını baş məşqçi Kristof Qaltyeyə də bildirib.

Ardıcıl 3 məğlubiyyətdən sonra Qaltyenin mövqeyi olduqca zəifləyib. Ona martın 8-ə kimi – “Bayern Münhen”lə cavab matçına qədər vaxt verilib.

Artıq PSJ-nin futbolçularında da Qaltyeyə qarşı inamsızlıq yaranıb, onunla böyük məqsədlərə çatmağın çətin olduğu düşüncəsi hakim kəsilib.

PSJ bu gün Liqa-1-in 24-cü turu çərçivəsində doğma meydanda “Lill”ə üz-üzə gələcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər