“Elçe”də dördüncü məşqçi
Sebastyan Bekkasese “Elçe”nin baş məşqçisi təyin olunub.
Msport.az.xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqavilə 2023-2024-cü illər mövsümünün sonuna kimi nəzərdə tutulub.
Argentinalı məşqçi bu postda Pablo Maçini əvəzləyib. O, cari mövsümdə “Elçe”nin 4-cü baş məşqçisi olub.
“Elçe” 26 oyundan sonra 13 xalla İspaniya La Liqasında sonuncu yeri tutur.
ANAR ABDULLAYEV







