featured-image-20518

Bu gün Əlcəzairdə Afrika Millətlər Kubokuna start verilib.

Msport.az xəbər verir ki, 18 ölkənin iştirakı ilə təşkil olunan turnirin açılış oyununda meydan sahibi Əlcəzair yığması Liviya millisi ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri 57-ci dəqiqədə vurduqları penalti qolu ilə qələbə qazanıblar.

2009-cu ildən təşkil olunan Afrika Millətlər Kuboku ilk dəfə Əlcəzairdə keçirilir. Qitə birinciliyinə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
A qrupu

13 yanvar

Əlcəzair – Liviya 1:0
Qol: Mahius, 57-pen.

Bənzər xəbərlər