featured-image-29966

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Msport.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya – Fransa qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may – 2 iyun tarixləri arasında Macarıstanda keçiriləcək.

Bənzər xəbərlər