featured-image-22146

“Bayern Münhen”in qolkiperi Manuel Noyer qapıçılarla işləyən məşqçi Toni Tapaloviçi işdən uzaqlaşdıran rəhbərliyi kəskin tənqid edib. Msport.az “The Atletic”ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bu qərardan şoka düşdüyünü deyib:

“Bu qərar mənə pis təsir etdi. Mənim üçün ağır zərbə idi. Mənə klub rəhbərliyi bu haqda məlumat verdi. Toni də bu xəbərdən çox təəccübləndi. Heç cür bu qərarı başa düşmədim. Sanki ayağımı sındırdılar.

Yerdə qaldığım anda bir tərəfdən də belə zərbə aldım. Elə bil ürəyimi yerindən çıxardılar. Bu karyeramda baş verən ən dəhşətli hadisə idi. Başıma çox şey gəlib. Məni gönüqalın adlandırmaq olar.

İndi baş verən isə tamamilə başqa səviyyədir. Qapıçılar heyətində olan bütün uşaqlar param-parça olmuşdular. Biz qapıçılar komanda içində bir komandayıq. Ancaq Tonini hər kəs sevirdi”.

Tapaloviç 2011-ci ildən Münhen klubunda qapıçılarla işləyən məşqçi idi. O, Qvardiola, Yupp Xaynkes, Hans-Diter Flik, Niko Kovaç, Karlo Ançelotti və Naqelsmanın vaxtında bu vəzifədə çalışıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər