featured-image-23997

Azərbaycan əsilli keçmiş futbolçu Əli Daeinin İranı tərk etməsinə icazə verilib.

Msport.az xəbər verir ki, onun səyahət qadağası aradan qaldırılıb.

Fransanın paytaxtı Parisə yollanan Əli Daei “İnstaqram” hesabı vasitəsilə FİFA prezidenti Canni İnfantino ilə fotosunu paylaşıb.

İran millisinin ən məhsuldar futbolçusu kimi tarixə düşən keçmiş oyunçu isveçrəli funksionerin dəvəti ilə bu gün Parisdə keçiriləcək “The Best” mükafatlandırma mərasiminə qatılacaq.

Ölkədəki etirazlara dəstək verdiyi üçün İran təhlükəsizlik xidmətləri 2022-ci ilin oktyabrında Əli Daenin pasportunu müsadirə edib.

Bənzər xəbərlər