featured-image-28866

Almaniya polisi “Bayern Münhen”in ofisində axtarış aparıb. Msport.az “Bild”ə istinadən xəbər verir ki, hadisə rusiyalı millyarder Əlişir Usmanovun çirkli pulllarının “yuyulması” ilə bağlı olub.

Axtarış tədbirləri “Alyans Arena” stadionunda da davam etdirilib. Vaxtilə Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti olan Usmanov 2017-2022-ci illər arasında vergilərdən yayınmaqda ittiham olunur. O, “Bayern”in fəxri prezidenti Uli Hönesslə dost olub.

Almaniya prokurorluğu bildirib ki, axtarışın klubun fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.

69 yaşlı Usmanov başda ABŞ olmaqla dünyanın bir çox dövlətlərinin sanksiyalarına məruz qalıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər