Əliyar Ağayev Niderland millisinin oyununu idarə etdi
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasında növbəti oyunu idarə edib.
Msport.az xəbər verir ki, təcrübəli hakim A Liqasının 3-cü qrupunun 6-cı turunda Bosniya və Herseqovina – Niderland görüşündə iş başında olub.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olublar. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov icra edib.
Görüş 1:1 hesabı ilə nəticələnib. Əliyar Ağayev oyun ərzində cəmi bir sarı vərəqə göstərib. O, 76-cı dəqiqədə Bosniya və Herseqovinanın üzvü Ermedin Demiroviçə xəbərdarlıq edib.