featured-image-15897

Futbol üzrə Rusiya Birinci Liqasında 16-cı turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Yaroslavl “Şinnik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Əliyev bu matçın iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.

“Arsenal” 16 turdan sonra 25 xalla 6-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər