Elmar Baxşıyev cəzalandırıldı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
01.09.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Sabah” – “Turan Tovuz” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
02.09.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
02.09.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 53.2);
02.09.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
03.09.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
03.09.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2)
Əvəzedicilər liqası V tur
02.08.2023-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sabah-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının futbolçusu İsmayıl İsmayılov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
03.09.2023-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);
03.09.2023-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);
03.09.2023-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Sumqayıt-2” komandasının baş məşqçisi Vaqif Cavadov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sumqayıt-2” komandası 150 manat cərimə edilir (maddə 42.3);
03.09.2023-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununda xərəkdaşıyan uşaqların yaş limiti pozulduğuna görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);
03.09.2023-cü il tarixində Əvəzedicilər liqasının V turunun “Qəbələ-2” – “Zirə-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu İbrahim Ramazanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5)
II Liqa I tur
04.09.2023-cü il tarixində II Liqanın I turunun “Füzuli” – “Cəbrayıl” oyununda “Füzuli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Füzuli” komandası 70 manat cərimə edilir (maddə 37);
04.09.2023-cü il tarixində II Liqanın I turunun “Füzuli” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);
04.09.2023-cü il tarixində II Liqanın I turunun “Baku Sportinq” – “Şəfa” oyununda “Şəfa” klubunun baş məşqçisi Tural Rzayev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına, bundan sonra hakimə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanır, “Şəfa” klubu 100 manat cərimə edilir (maddə 44.5);
04.09.2023-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun futbolçusu Salman Atluxanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5).