featured-image-54079

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev dünən “Sumqayıt”la keçirilən yoxlama görüşü barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, o, 5:1 hesabı lə qələbə qazandıqları oyunu şərh edib: “Mllinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə bu matçı keçirmək yerinə düşdü. Maraqlı oyun alındı. Çalışdıq ki, heyətin bütün üzvlərinə şans verək. Hər hissəyə fərqli heyətlə çıxdıq. Böyükhesablı qələbə qazansaq da, üzərində işləməli olduğumuz məqamlar var. Qarşıda bizi “Kəpəz”lə çətin oyun gözləyir. Artıq həmin matçı düşünməliyik”.

Bənzər xəbərlər