Elvin Camalovun gecikmiş ilki
Misli Premyer Liqasının VII turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün ilklə əlamətdar olub.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub.
O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. Camalov Premyer Liqadakı ilk qolunu özünün 187-ci oyununda vurub. O, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub. İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib.
Qeyd edək ki, debütü 2013/14 mövsümündə “Qəbələ”də gerçəkləşən Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.