"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro ön çarpaz bağın qopması bağlı bu gün əməliyyat olunub.
Msport.az xəbər verir ki, futbolçunun 3 gün sonra xəstəxanadan evə buraxılacağı, gələn ilin ilk aylarında fərdi məşqlərə başlayacağı bildirilir.
Qeyd edək ki, Paro Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sumqayıt”la oyunda zədələnib.








