featured-image-82112

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev əməliyyat olunub.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələsinin distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

Onun müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

Xatırladaq ki, Cəfərquliyev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə avqustun 13-də keçirilən cavab qarşılaşmasında zədələnmişdi.

Bənzər xəbərlər