featured-image-29704

“Aston Villa”nın baş məşqçisi Unay Emeri Premyer Liqada ötən ayın ən yaxşı baş məşqçisi mükafatını qazanıb.

Msport.az xəbər verir ki, Emerinin komandası apreldə keçirdiyi 7 qarşılaşmada 5 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə uduzub.

Emeri səsvermədə Xosep Qvardiola (“Mançester Siti”), Roy Hocson (“Kristal Pelas”), Eddi Hau (“Nyukasl”) və Qari O’Nili (“Bornmut”) qabaqlayıb.

Royal Türksoy

Bənzər xəbərlər