Emeridən Reşfordun tranasferinə yaşıl işıq
“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Markus Reşfordun icarəyə götürülməsinə icazə verib.
Msport.az xəbər verir ki, keçid Birmingem klubu üçün bahalı və mürəkkəb hesab edilsə də, klub artıq 27 yaşlı vingerin menecerləri ilə əlaqə saxlayıb.
Reşford bu mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında oyunçunun bazar dəyəri 55 milyon avrodur.